Yalçın Rzazadənin son sözləri: "Gücünü topladı və dedi ki..."Sizinxeber.az – Azərbaycan Xəbərləri

7 Mart 2021 - 11:58

Yalçın Rzazadənin son sözləri: “Gücünü topladı və dedi ki…”

Yalçın Rzazadənin son sözləri: “Gücünü topladı və dedi ki…”
ƏLAVƏ OLUNUB :

23 Fevral 2021 - 13:05

Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atasının son saatları haqqında danışıb.
Xalq artistinin oğlu Orxan Rzazadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Atam ötən gün saat 17:00-da rəhmətə getdi. Vəziyyəti son günlər yaxşı deyildi. Son üç gündə danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm…”
Xalq artistinin oğlu Yalçın Rzadənin sənət dostlarından da danışıb: “Yalçın müəllimlə əlaqə saxlayırdılar. Müğənni Ədalət Şükürov tez-tez mənə zəng edib, maraqlanırdı”.
Orxan Rzazadə atasının vəsiyyətindən də danışıb: “Heç vaxt ailəsi haqqında danışmağı sevməzdi. Efirə ailəsini çıxarmağı da xoşlamırdı. Ağlamaq şakəri deyildi. Vəsiyyət olaraq deyirdi ki, məndən sonra ağlamayın”.
Qeyd edək ki, Yalçın Rzazadə ötən gün 74 yaşında dünyasını dəyişib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.