Adil Kərimli: Yubileyin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın ortaq Türk irsinə verdiyi dəyərin bariz nümunəsidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2026
11:41
0
0
1 995
ff aaaaaaa

Adil Kərimli: Yubileyin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın ortaq Türk irsinə verdiyi dəyərin bariz nümunəsidir

29 in, 2026
11:41
1 995

Adil Kərimli: Yubileyin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın ortaq Türk irsinə verdiyi dəyərin bariz nümunəsidir

Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib.

"Bu gün biz sadəcə bir yubileyi qeyd etmirik. Biz yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın-ortaq mədəniyyət və mənəvi birlik ideyasının bir əsrlik tarixini qeyd edirik. İnanıram ki, keçiriləcək görüşlər yeni elmi təfəkkürün, yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına mühüm töhfə verəcək".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul