Azərbaycanlı rəssam beynəlxalq sərginin qalibi olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2026
21:00
0
0
1 882
ff aaaaaaa

Azərbaycanlı rəssam beynəlxalq sərginin qalibi olub

20 may, 2026
21:00
1 882

Azərbaycanlı rəssam beynəlxalq sərginin qalibi olub

Azərbaycanlı rəssam Raminə Səadətxan Kiprin Limassol şəhərində keçirilən "VIMA 2026" beynəlxalq incəsənət sərgisində Latviya qalereyası tərəfindən təqdim olunan solo stendlə iştirak edərək böyük uğura imza atıb.

"Report" xəbər verir ki, rəssam sərgidə təqdim etdiyi əsərlərlə ziyarətçilərin xüsusi diqqətini cəlb edib və keçirilən səsvermənin nəticələrinə əsasən "Audience Choice" mükafatına layiq görülərək birinci yerə çıxıb.

Ramina Saadatkhanın fərdi ekspozisiyası insanın daxili dünyası, emosional transformasiya və intuitiv hisslər mövzularını əhatə edən əsərlərlə beynəlxalq auditoriyada böyük maraq doğurub. Onun rəng və forma üzərində qurduğu özünəməxsus vizual dili sərginin ən çox müzakirə olunan təqdimatlarından biri kimi qiymətləndirilib.

"VIMA 2026" çərçivəsində əldə olunan bu uğur Azərbaycan müasir incəsənətinin beynəlxalq platformalarda daha geniş tanınması baxımından mühüm hadisə hesab olunur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul