Главная > Mədəniyyət siyasəti > Azərbaycanın mədəni irsi UNESCO-nun bayram tədbirində nümayiş olunub
Azərbaycanın mədəni irsi UNESCO-nun bayram tədbirində nümayiş olunub13-05-2025, 22:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyi təşkilatın Parisdəki mənzil-qərargahında keçirilən Frankofoniya (frankdilli ölkələr) bayram tədbirlərinə qatılıb. "Sizinxeber.az" xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin "X" səhifəsindəki paylaşımda bildirilir. Paylaşımda deyilir ki, tədbirdə Azərbaycanın mədəni irsi nümayiş etdirilib. "Musiqiçilər Ağarəhim Quliyev (fleyta) və Laura Volpato (violonçel) məşhur “Ay Laçın” və “Küçələrə su səpmişəm” mahnılarını ifa ediblər. Azərbaycan musiqisi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb", - məlumatda qeyd edilir.
Вернуться назад |