Главная > Mədəniyyət siyasəti > Dövlət Xidməti: "Dostluq" kinoteatrının ətrafı təhlükəsizlik məqsədilə hasarlanıb
Dövlət Xidməti: "Dostluq" kinoteatrının ətrafı təhlükəsizlik məqsədilə hasarlanıb5-03-2024, 10:06. Разместил: Rss Bot Apa |
|
Sosial mediada "Dostluq" kinoteatrının ətrafının hasara alınması ilə bağlı yeni görüntülər yayılıb. Məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, kinoteatrının fasad hissəsinin vəziyyəti ilə bağlı tikilinin ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə hasarlanıb. Dövlət Xidmətindən o da bildirilib ki, “Dostluq” kinoteatrının tarixi abidələr siyahısına salınması ilə bağlı məsələyə baxılır. Вернуться назад |