Главная > Mədəniyyət siyasəti > Adil Kərimli Romada XXI Əsrin Milli İncəsənət Muzeyini ziyarət edib - FOTO
Adil Kərimli Romada XXI Əsrin Milli İncəsənət Muzeyini ziyarət edib - FOTO19-12-2024, 23:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin İtaliyaya səfəri davam edir. APA xəbər verir ki, səfər çərçivəsində nazir dekabrın 19-da Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində olub, mədəniyyət ocağının bədii rəhbəri Françesko Stokki ilə görüşüb. Françesko Stokki naziri salamlayıb, muzeyi ziyarət etdiyi üçün təşəkkürünü bildirib. O, muzeyin tarixi və ekspozisiyası haqqında məlumat verib. Deyib ki, muzeydə müasir dövrün sənət nümunələri nümayiş etdirilir. Yerli və əcnəbi ziyarətçilər muzeyə böyük maraq göstərir. Söhbət zamanı Azərbaycan muzeylərinin XXI Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Вернуться назад |