Главная > Mədəniyyət siyasəti > Regionlardakı kitabxana, muzey və mədəniyyət mərkəzlərinin rəhbərləri Milli Məclisə dəvət ediləcək

Regionlardakı kitabxana, muzey və mədəniyyət mərkəzlərinin rəhbərləri Milli Məclisə dəvət ediləcək


17-12-2024, 14:30. Разместил: Rss Bot Report

Regionlarda fəaliyyət göstərən kitabxana və muzeylərin, o cümlədən musiqi məktəbi və mədəniyyət mərkəzlərinin rəhbərləri Milli Məclisə dəvət ediləcək.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin dekabrın 17-də keçirilən iclasında komitə sədri Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi də bu məsələdə parlamentin Mədəniyyət komitəsinə köməklik göstərməyə hazırdır:

“Mən bu təsisatlardakı vəziyyətlə yaxından maraqlanmaq, orada hazırda durumun necə olduğunu öyrənmək istəyirəm. Həmin şəxslərlə görüşümüzdə onların da fikir və təkliflərini dinləyəcəyik”.


Вернуться назад