Главная > Mədəniyyət siyasəti > Parisdə "Divani-Lüğat-ət-Türk" əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək

Parisdə "Divani-Lüğat-ət-Türk" əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək


7-11-2024, 10:00. Разместил: Rss Bot Report

Fransanın paytaxtı Parisdə, UNESCO-nun mərkəzi qərargahında Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova məlumat verib.

O xatırladıb ki, UNESCO 2024-2025-ci illəri türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib:

"Bu təşəbbüsə dəstək olaraq, 2025-ci il ərzində Türk dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".


Вернуться назад