Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır
sizinxeber.az xəbər saytı

Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır


Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır.

Bu barədə "Sizinxeber.az"a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

"Bu il də ənənəyə uyğun olaraq, bulvar ərazisində Yeni İlə Bu il Dənizkənarı Bulvar İdarəsi olaraq çalışmışıq ki, bayram əhval-ruhiyyəsi daha yaxşı çatdırmaq, bir növ qonaqlarımızın zövqünü oxşamaq üçün Yeni il hazırlıqlarını daha geniş miqyasda, yeni və fərqli tərtibatda təqdim edək", - Ə.Mehdiyeva bildirib.

Bulvar rəsmisi qeyd edib ki, Milli Parkın əksər hissələri, xüsusilə də ziyarətçi axınının sıx olduğu istiqamətlərin hər yeri bayram dekorasiyaları, müxtəlif yeni il instalyasiyaları ilə bəzədilib: "Demək olar ki, hər addımbaşı xüsusi işıqlarla bəzədilmiş yolkaları görmək mümkündür. Bildiyiniz kimi, şəhərimizin ən hündür və gözəl Yeni il yolkalarından ikisi məhz bulvar ərazisində bəzədilir. Onların hündürlüyü təqribən 20 metrə yaxındır".

Ə.Mehdiyeva qeyd edib ki, bulvarın giriş hissələrində xüsusi tərtibatla işıq dekorasiyaları var. Bununla yanaşı, Kukla teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub.

Foto: Vüqar Xanlarov

Oxşar xəbərlər

Dənizkənarı Bulvar İdarəsi auditor seçib
Dənizkənarı Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb
“Mirvari” gəmisi İki İllik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib - EKSKLÜZİV
Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər