Deputat muzeylərlə bağlı yeni konsepsiyanın hazırlanmasını təklif edib
sizinxeber.az xəbər saytı

Deputat muzeylərlə bağlı yeni konsepsiyanın hazırlanmasını təklif edib


Muzeylərlə bağlı yeni konsepsiya hazırlanmalıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Əlibala Məhərrəmzadə deyib.

O qeyd edib ki, konsepsiyada muzeylərin, kitabxanaların təbliğatı ilə əlaqədar addımlar olmalıdır.

Deputatın sözlərinə görə, təbliğat üçün turizm sahələrindən istifadə edilə bilər.

Buna misal kimi, o, Qubada olan muzeylər haqqında otellərdə, turizm zonalarında və s. yerlərdə məlumatlar yerləşdirilə biləcəyini deyib.

“Bu, gələn turistlər üçün əlverişli olacaq və muzeylərə marağı artıracaq. Nümunə üçün deyim ki, Şəki Xan Sarayının hansısa maliyyə dəstəyinə ehtiyacı yoxdur. Çünki təbliğatı uğurlu olduğundan, öz gəlirləri özünü təmin edə bilir”, - deputat deyib.

Oxşar xəbərlər

Deputat: Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır
Deputat: Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər
Kəlbəcərdə beş turizm və rekreasiya zonası yaradılacaq
Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur - Nazir
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər