Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub


Mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev ilə görüşüb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Baş katibi salamlayan Adil Kərimli Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Söhbət zamanı təşkilatın cari ildəki fəaliyyətinə nəzər salınıb, həyata keçirilən çoxsaylı birgə uğurlu layihələrdən məmnunluq ifadə olunub. Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Gələn il II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinin əhəmiyyəti qeyd edilib. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşa şəhərində keçirilən ilk forum (13-14 oktyabr) qardaş xalqlar arasında mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından diqqətəlayiq layihə kimi dəyərləndirilib.

Bundan əlavə, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə müştərək animasiya filmlərinin çəkilməsinin önəmi vurğulanıb. Monqolustan Respublikasının TÜRKSOY-a müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Adil Kərimli türkiyəli həmkarı ilə görüşüb
Adil Kərimli serbiyalı həmkarı ilə görüşüb
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər