Dövlət Xidməti: Keşlədəki hamamın pasportlaşdırılması zamanı tarixi məlumatına düzəliş edilib, lövhə dəyişdiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2025
12:50

Dövlət Xidməti: Keşlədəki hamamın pasportlaşdırılması zamanı tarixi məlumatına düzəliş edilib, lövhə dəyişdiriləcək

30 in, 2025
12:50
708

Dövlət Xidməti: Keşlədəki hamamın pasportlaşdırılması zamanı tarixi məlumatına düzəliş edilib, lövhə dəyişdiriləcək

“Keşlə qəsəbəsində yerləşən inventar nömrəsi 2861 olan sözügedən abidənin inşa tarixi 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında XVII əsr olaraq qeyd olunub”.

Bunu Sizinxeber.az-nın sorğusuna cavab olaraq Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib.

Onun sözlərinə görə, bu sahədə üstün hüquqi sənəd həmin qərar olduğu üçün orada verilmiş tarixi məlumatlar əsas götürülüb və məlumat lövhəsi də ona uyğun hazırlanıb.

“Qeyd olunan siyahıda bir sıra abidələrin tarixi, ünvanları ilə bağlı yanlışlıqlar mövcuddur. Həmin siyahının yenilənməsi üçün artıq Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Tarix və mədəniyyət abidələrinin siyahısına dəyişikliklər edilməkdədir və adları, ünvanları, eləcə də tarixləri düzgün göstərilməyən abidələr barədə məlumatlara düzəlişlər olunur”, - Fariz Hüseynov vurğulayıb.

O, deyib ki, həmin hamamın pasportlaşdırılması zamanı tarixi məlumatına düzəliş edilib və kitabədə göstərilən tarix qeyd olunub: “Müvafiq siyahıda da dəyişiklik ediləcək”.

Qeyd edək ki, Keşlə qəsəbəsində yerləşən tarixi hamamın üzərindəki daş kitabədə 1899-cu ildə inşa edildiyi göstərilsə də divara yapışdırılmış lövhədə XVII əsrə aid olduğu yazılıb.

Bizimlə əlaqə saxlayın