Главная > İncəsənət > Sadıq Zərbəliyevin bu gün xəstəxanadan evə buraxılması planlaşdırılır
Sadıq Zərbəliyevin bu gün xəstəxanadan evə buraxılması planlaşdırılır28-11-2024, 15:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycanın tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyevin bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır. Bu barədə Xətai Tibb Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Xalq artisti noyabrın 15-də Mərkəzin Reanimasiya şöbəsinə qəbul edilib. “Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib. Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda vurğulanıb. Вернуться назад |