Главная > İncəsənət > Vüqar Camalzadə “Üzbəüz” layihəsinin qonağı olub - FOTO
Vüqar Camalzadə “Üzbəüz” layihəsinin qonağı olub - FOTO27-10-2024, 11:50. Разместил: Rss Bot Apa |
|
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsi çərçivəsində bəstəkar, Əməkdar artist Vüqar Camalzadə ilə görüş baş tutub. APA xəbər verir ki, Vüqar Camalzadə tamaşaçıların suallarını cavablandıraraq, onlarla öz həyat və yaradıcılığını, təcrübələrini bölüşüb. Görüşdə Gəncənin mədəniyyət və incəsənət xadimləri, tələbə və gənclər iştirak ediblər. Sonda bəstəkar salonda əyləşən gəncəlilərə öz minnətdarlığını bildirərək, layihənin bəstəkar və tamaşaçı arasında səmimi bir ünsiyyət körpüsünə çevrildiyini bildirib. Вернуться назад |