Главная > İncəsənət > Xalq artisti Arif Babayevin vəziyyəti stabilləşib - YENİLƏNİB

Xalq artisti Arif Babayevin vəziyyəti stabilləşib - YENİLƏNİB


25-07-2025, 01:00. Разместил: Rss Bot Apa

Xalq artisti, professor Arif Babayevin səhhəti stabilləşib.

Bu barədə Sizinxeber.az-ya sənətkarın oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbət doğru dəyişiklik müşahidə olunur.

“Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır”, – deyə Yaşar Babayev qeyd edib.

Qeyd edək ki, xalq artisti bu gün axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

***

22:55

Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Bu barədə Sizinxeber.az-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, xalq artistinin vəziyyəti ağırdır.


Вернуться назад