Главная > İncəsənət > Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb20-06-2025, 11:50. Разместил: Rss Bot Apa |
|
Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb. Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. “Ötən gün saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib”, - qeyd olunub. O da bildirilib ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Вернуться назад |