sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şair-publisist Soltan Abbas vəfat edib
Tanınmış şair-publisist Soltan Abbas 92 yaşında vəfat edib.
“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, bu gün Neftçala rayonunun Ballıca kəndində yaşadığı evdə dünyasını dəyişən mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Soltan İsrafil oğlu Abbasov 1933-cü il yanvarın 7-də anadan olub. Bədii yaradıcılığa 1960-cı ildən başlayıb. 1985-ci ildən Azərbaycan yazıçılar Birliyinin üzvü olan Soltan Abbas “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolum”, “Səyyah etdi söz məni”, “Nakam ömrün yaşıl anları”, “Ömrü yaşadan sözlər” və s. kitabların müəllifidir.
1994-cü ildə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb.
Oxşar xəbərlər
Əməkdar artist Təvəkkül Əliyevin anım günüdür
Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib
Bakıda Mıkola Miroşnıçenko və Abbas Abdullaya həsr olunmuş ədəbi-bədii axşam keçirilib
Jurnalist Ağaddin Babayev dəfn olunub - YENİLƏNİB
Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













