Sizinxeber.az – Azərbaycan Xəbərləri

Teatr Xadimləri İttifaqında SEÇKİ QALMAQALI — Azərpaşa Nemətov Afaq Bəşirqızına QARŞI

Teatr Xadimləri İttifaqında SEÇKİ QALMAQALI — Azərpaşa Nemətov Afaq Bəşirqızına QARŞI
26 dəfə Baxılıb
21 Oktyabr 2019 - 22:14
Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti sədr seçkisi keçiriləcək. Seçki “Park Inn” hoteldə baş tutacaq.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, seçkidə 4 namizəd olacaq.

Onlar Xalq artisti Afaq Bəşirqızı, qurumun hazırki sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru Azərpaşa Nemətov, Xal artisti Nurəddin Mehdixanlı və Akademik Milli Dram Teatrın keçmiş direktoru İsrafil İsrafilovdur.

Seçki prosesində N.Mehdixanlının A.Nemətovun lehinə öz namizədliyini geri götürəcəyi bildirilir. Əsas mübarizənin A.Bəşirıqız ilə A.Nemətov arasında gedəcəyi gözlənilir.

Məsələnin maraqlı tərəflərindən biri də budur ki, seçkidə yalnız Akademik Milli Dram Teatrında aktyorlar iştirak edəcəklər. Bu isə Azərpaşa Nemətovun həmin teatrın baş direktoru olması ilə əlaqələndirilir. Digər teatrlarda isə Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətindən narazı olan aktyorlar var və onlar ona görə dəvət eidlməyiblər ki, A.Nemətovun əleyhinə səs verməsinlər.

İddialara görə, digər teatrlardan sadəcə rəhbərlər və müavinlər orada təmsil olunacaqlar.

Məlumata görə, seçkini bir sıra mədəniyyət qurumlar boykot ediblər. Rejissorlar Gildiyasının sədri, Xalq artisti Eldar Quliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Yazıçılar İttifaqının sədri Anar Rzayev boykot edənlər sırasındadır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]