Sizinxeber.az – Azərbaycan Xəbərləri

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək
11 dəfə Baxılıb
18 Oktyabr 2018 - 13:24

Oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, TÜRKSOY-un təşkilatçılığı və və Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbir konsert proqramı ilə davam etdiriləcək.

Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa MehmandarovMurtuza Bülbüldür.

Proqramda Qara Qarayevin “Leyli və Məcnun” Simfonik poeması, “Yeddi gözəl”  baletindən vals və suitalar tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin 17 oktyabr 2017-ci il sərəncamı ilə Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur.

 

www.Sizinxeber.az

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]