Sizinxeber.az – Azərbaycan Xəbərləri

Ölüm xəbəri yayılan xalq artisti danışdı: “Şəklimi qara çərçivəyə salıb paylaşırlar”

Ölüm xəbəri yayılan xalq artisti danışdı: “Şəklimi qara çərçivəyə salıb paylaşırlar”
24 dəfə Baxılıb
05 Sentyabr 2019 - 22:40

Sosial şəbəkələrdə xalq artisti Cavan Zeynallının ölüm xəbəri yayılıb.
“Bizimyol.info”nun məlumatına görə, Cavan Zeynallı “Qafqazinfo” ya açıqlamasında xəbərin dezinformasiya olduğunu vurğulayıb:
-“Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?”.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]