Sizinxeber.az – Azərbaycan Xəbərləri

Pənah Xəlilov vəfat etdi

Pənah Xəlilov vəfat etdi
93 dəfə Baxılıb
16 Avqust 2019 - 22:07
BDU-nun professoru, tanınmış alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Pənah Xəlilov 94 yaşında vəfat edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat veriblər.

Qeyd eədk ki, Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb.

“Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilib. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]