Türkiyəli aktyor Mustafa Kırantepenin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor “Taçsız prenses” serialında rol alacaq. O, ekran işində “Şahin” obrazına həyat verəcək.
Xatırladaq ki, layihənin baş rolları aktyorlar İsmail Hacıoğlu ilə Sümeyye Aydoğana həvalə olunub.
Qeyd edək ki, Mustafa “Çukur” serialındakı “Medet” obrazı ilə tanınır.
Sizinxeber.Az