Sizinxeber.az – Azərbaycan Xəbərləri

Lotu Qulinin bacısı oğlunu bıçaqladılar: “Qisas alacam”

Lotu Qulinin bacısı oğlunu bıçaqladılar: “Qisas alacam”
357 dəfə Baxılıb
19 Yanvar 2020 - 20:47

Lotu Qulinin bacısı oğlu Maqa Rustavski (Məhəmməd Qurbanov) bıçaqlanıb.

 Lent.az -a istinadən xəbər verir ki, hadisə İstanbuldakı restoranların birində baş verib.

Məlumata görə, dostları ilə birgə əylənərkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.

O, təcili xəstəxanaya çatdırılıb. Məlumatlı mənbənin Rusiya KİV-ə istinadla verdiyi məlumata görə, baş verənlərdən Quli bərk qəzəblənib və o, qisas alacağını bildirib.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]