Главная > Kriminal > Bakıda 75 yaşlı qadına zor tətbiq edib qızıl boyunbağını oğurladılar
Bakıda 75 yaşlı qadına zor tətbiq edib qızıl boyunbağını oğurladılar23-07-2024, 12:40. Разместил: Rss Bot Baku |
|
Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını talamasını bildirib. Bu barədə Sizinxeber.az-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudov müəyyən olunaraq saxlanılıb. Ondan marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır. Sizinxeber.az
Вернуться назад |