Главная > Kriminal > Azərbaycanda DƏHŞƏT: Ata azyaşlı övladlarını bıçaqladıqdan sonra intihar etdi
Azərbaycanda DƏHŞƏT: Ata azyaşlı övladlarını bıçaqladıqdan sonra intihar etdi23-07-2024, 09:00. Разместил: Rss Bot Baku |
|
Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub. Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar. Sizinxeber.az
Вернуться назад |