Sizinxeber.az – Azərbaycan Xəbərləri

İstanbulda “Lotu Quli”yə sui-qəsd olundu. Saxlanınanlar var – FOTO

İstanbulda “Lotu Quli”yə sui-qəsd olundu. Saxlanınanlar var – FOTO
143 dəfə Baxılıb
03 Fevral 2020 - 18:40

İstanbulda “Lotu Quli”yə sui-qəsd hazırlayan dəstə tutuldu – FOTO
Yanvarın 31-də İstanbul polisi eyni vaxtda Kağıthane, Sarıyer və Qaziosmanpaşada yerləşən altı ünvanda əməliyyat keçirib. Nəticədə 17 nəfər – doqquz Azərbaycan, beş Gürcüstan, iki Ukrayna və bir Rusiya vətəndaşı saxlanılıb, həmçinin, 11 tapança, avtomat və 222 güllə ələ keçirilib.
Bu barədə “Milliyet” informasiya yayıb.
Şübhəlilərin rus mafiya qrupları ilə əlaqəli olduqları və kriminal münaqişəyə hazırlaşdıqları məlum olub. Andrey Malıyın (əsl adı Quram Çikladze) rəhbərlik etdiyi dəstənin hədəfi “Lotu Quli” ləqəbli azərbaycanlılardan ibarət cinayətkar dəstənin lideri Nadir Səlifov olub.
Gürcüstan vətəndaşı Andrey Malıy Sarıyerdə yerləşən dəbdəbəli iqamətgahda saxlanılıb.
Xatırladaq ki, 2019-cu ilin dekabrın 22-də dəstə Beşiktaş rayonunda yerləşən restoranda Nadir Səlifovun adamlarından birini yaralayıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]