Sizinxeber.az – Azərbaycan Xəbərləri

Gürcüstandan mobil telefon keçirmək istədi, tutuldu

Gürcüstandan mobil telefon keçirmək istədi, tutuldu
12 dəfə Baxılıb
05 Noyabr 2019 - 13:34

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Volkswagen Passat” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Bu zaman o, idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin ön oturacaqlarının içərisində gizlədilən 4 ədəd “Samsung Galaxy A20S” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]