Sizinxeber.az – Azərbaycan Xəbərləri

Dubaydan “İphone 11” gətirən şəxs saxlanıldı

Dubaydan “İphone 11” gətirən şəxs saxlanıldı
13 dəfə Baxılıb
05 Noyabr 2019 - 13:34

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Qırmızı Kanal” buraxılış sistemindən istifadə edərək əşyalarını rentgen aparatından keçirdikdən sonra saxlanılaraq yoxlama otağına dəvət olunub.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, şəxsi yoxlama zamanı üzərindəki köynəyin sol və sağ qollarının altından, hər birində 2 ədəd olmaqla sellofan paketə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən 4 ədəd “İphone 11 Pro 256 GB” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]