Sizinxeber.az – Azərbaycan Xəbərləri

Azərbaycanda dəhşət: Ana və qızı vəhşicəsinə qətlə yetirildi – YENİLƏNİB

Cəlilabad rayonunun Qarazəncir kəndində ana və qızını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Azərbaycanda dəhşət: Ana və qızı vəhşicəsinə qətlə yetirildi – YENİLƏNİB
8 dəfə Baxılıb
30 Avqust 2018 - 20:59

Oxu.Az-ın məlumatına görə, ilkin ehtimala əsasən, hadisəni Yaşar Bayramov, Rasim Kazımov və daha bir şəxs törədib.

Onlar artıq həbs edilib.

Prokurorluqda araşdırma aparılır.

20.44

Cəlilabad rayonunun Qarazəncir kəndində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əsgərova Firuzə Mahmud qızı və Əsgərova Sənubər Ağahüseyn qızı yaşadıqları evdə qətlə yetiriliblər.

“Firuzənin başını kəsib, 50 metr sürüyüb və tövlədə gizlədiblər. Sənubər isə evdə yaylıqla boğulub. Qız birinci qrup əlildir. Ailə orta imkanlı ailədir.

Ana və qız vərəm xəstəsi olduğu üçün qapalı şəraitdə yaşayırdılar. Onların evinə kimsə gəlib-getmirmiş. Meyitlər iylənəndən sonra aşkar edilib”, – məlumatda deyilir.

Hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur.

11:26

Cəlilabad rayonunun Qarazəncir kəndində dəhşətli qətl hadisəsi qeydə alınıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gün, avqustun 29-da, 1932-ci il təvəllüdlü Firuzə və qızı 1974-cü il təvəllüdlü Sənubər yaşadıqları evdə öldürülüblər.

Firuzənin meyiti evin arxasında, tövlədə doğranmış vəziyyətdə aşkarlanıb.

İlkin araşdırma zamanı hadisənin Bayramov Yaşar Qayıb oğlu tərəfindən törədildiyi müəyyən edilib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]