Sizinxeber.az – Azərbaycan Xəbərləri

Lənkəranskinin daha bir adamı ortadan götürüldü – ANBAAN VİDEO

Lənkəranskinin daha bir adamı ortadan götürüldü – ANBAAN VİDEO
13 dəfə Baxılıb
28 Avqust 2018 - 23:37

Rusiyada avtoritetlər arasında növbəti qanlı olay yaşanıb.

Sizinxeber.Az xəbər verir ki, hadisə ötən həftə sonu Moskvada baş verib. Belə ki, mərhum Rövşən Lənkəranskinin klanına daxil olan Haci Beyləqanskinin sağ əli kimi tanınan Rafo Gürcüstanlı (Rafael) vurulub.

Hadisə gecə saat iki radələrində baş verib. Onun vurulma anı müşahidə kameralarına düşüb. Yaxın məsafədən bir neçə dəfə açılan atəş nəticəsində Rafo Gürcüstanlı ölüb.

Hadisəni hansı kriminal qruplaşmanın həyata keçirməsi haqda hələlik heç bir məlumat yoxdur./Qafqazinfo/

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]