Sizinxeber.az – Azərbaycan Xəbərləri

Türkiyədə qadın alveri edənlərin məhkəməsi

Türkiyədə qadın alveri edənlərin məhkəməsi
3 dəfə Baxılıb
28 Avqust 2018 - 10:50
Qadınları cinsi istismara məruz qoyan 2 qadın cəzalarının azaldılması üçün Ali Məhkəməyə müraciət ediblər.

“Sizinxeber.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 144-1.2.4-1, 144-1.2.1-ci maddələri ilə məhkum olunan Rzayeva Aidə Alim qızı və Məmmədova Zəminə Mövsüm qızının məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək. Cinayət işində 2 qadın zərərçəkmiş qismində tanınıb.

Qadınların cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxslər tutulub. Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istinadən məlumatına görə, 2015-ci ilin may ayında idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri cinayəti törətməkdə təqsirləndirilən Rzayeva Aidə Alim qızı ilə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşı olan qadınların Türkiyənin Ağrı şəhərində cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində həmin şəxs – Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Məmmədova Zəminə Mövsüm qızı tutulub. 2016-cı ilin iyun ayında isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki qadın 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]