Sizinxeber.az – Azərbaycan Xəbərləri

Lotu Qulini sıradan çıxarmaq üçün yeni cəhdlər…

Lotu Qulini sıradan çıxarmaq üçün yeni cəhdlər…
97 dəfə Baxılıb
29 Sentyabr 2019 - 18:11

Gürcü “qanuni oğru” Badri Koquaşvili (“Badri Kutaisi”) Avropadakı “qanuni oğru”ların “Quli”yə qarşı birləşməsi üçün səylər göstərir. Onun artıq Çexiya və Yunanıstanda görüşlər keçirdiyi bildirilir. Lakin Avropadakı “qanuni oğru”ların Badri Koquaşvilinin təklifinə hansı cavabı verdikləri bəlli deyil.

Badri Koquaşvili ilə Nadir Səlifov arasındakı münaqişənin kökü başqa bir gürcü “qanuni oğru” Quram Çixladzenin (“Kvejeyoviç”) vurulması dayanır. Quram Çixladze məhz Nadir Səlifovla görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) olub. O, sonradan deyib ki, Quram Çixladzenin “qanuni oğru” olduğunu bilməyib. Nadir Səlifov da tərəfdarının cəzalandırılmasına mane olub. Bundan sonra Badri Koquaşvili Nadir Səlifovun titulunun alınması barədə məsələ qaldırıb. Lakin istəyinə nail ola bilməyib. Əksinə, Badri Koquaşvili özünün titulu şübhə altına alınıb.

Rusiya mətbuatı yazır ki, əslində baş verənlərin arxasında Zaxari Kalaşov (“Şakro Molodoy”) dayanır. O, “oğru dünyası”nda “Quli”nin getdikcə daha çox nüfuz qazanmasını özünə təhlükə sayır. Bu baxımdan Nadir Səlifovun ən yaxşı halda statusunu əlindən almaq, ən pis halda bu tip konfliktlərlə onu məşğul etmək və təsir imkanlarını zəiflətməyi düşünür.

Lakin müşahidələr göstərir ki, Nadir Səlifov baş verənlərdən narahat deyil. Əksinə, bu məslə ilə bağlı “sxodka”da sözünü deməyə hazırdır. Kifayət qədər nüfuz sahibi olan xeyli sayda “qanuni oğru” da “Quli”ni dəstəkləyir. Badri Koquaşvili “Şakro Molodoy”un dəstəyinə baxmayaraq “Quli”yə qarşı geniş koalisiya yaratmaq istəsə də, “oğru”ların bir çoxu ümumiyyətlə, bu münaqişədən kənarda qalmağı üstün tutur. Onun Avropadakı görüşlərinin nəticəsi isə güman ki, yaxın vaxtlarda bəlli olacaq.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]