Sizinxeber.az – Azərbaycan Xəbərləri

Azərbaycanlı “qanuni oğru”nun məhkəməsi başladı

Azərbaycanlı “qanuni oğru”nun məhkəməsi başladı
17 dəfə Baxılıb
10 İyul 2019 - 11:54

Minsk rayon məhkəməsində “qanuni oğru” Rəşid İsmayılovun (Rəşad Gəncinski) və onun iki əlaltısının cinayət işi üzrə proses başlayıb. 

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, onlara saxta sənəddən istifadə etməklə sərhəddən silah və sursat gətirmək, eləcə də qanunsuz narkotik saxlamaq və daşımaqla bağlı ittiham irəli sürülüb. 

Rəşad Gəncinski günahını etiraf etmir, iddia edir ki, Minskə istirahət etməyə və kazinoda oynamağa gəlib. 

“Kazinoya heç vaxt 20 min aparmıram, özümlə 10 min götürürəm, bilirəm ki, uduzuram”, – prokurorun sorğu-sualı zamanı söyləyib. Əlavə edib ki, qızlara yaxşı çay pulu verir. 

Bundan başqa, İsmayılov spa-salona gedib, iki dəfə qayıqda gəzintiyə çıxıb və Minskdə heç bir bizneslə məşğul olmayıb. 
Onun sözlərinə görə, Belarusa gələnə qədər bir neçə gün Həştərxanda istirahət edib, volqa çayında balıq tutub. 

“Qanuni oğru” etiraf edib ki, uzun müddət spirtli içki qəbul etməyi xoşlayıb. 

“Bir ay biznesimə nəzarət edirəm, bir ay içirəm”, – azərbaycanlı “qanuni oğru” vurğulayıb. O eyni zamanda qeyd edib ki, hər yerə 4 mühafizəçinin müşayiəti ilə gedir. 

“Adətən, mənimlə 4 nəfər gedir – ikisi lüləsi kəsik avtomatla, ikisi tapança ilə”, – ismayılov əlavə edib. 

O, istintaq təcridxansında narahatdır, çünki orada paltarını tez-tez dəyişməyə imkan vermirlər, o isə buna adət edib. 

Bundan əvvəl məlumat verilib ki, İsmayılov Belarusa nüfuzlu “qanuni oğru” Nadir Səlifovun (Quli) tapşırığı ilə gələ bilərdi. O, əvvəllər də onun xüsusi tapşırığını yerinə yetirib. Məsələn, 2017-ci ilin avqust ayında İsmayılov Qulinin xahişi ilə abxaziyalı “qanunçu Raul Bartsba (Pıza) ilə Rusiyanın cənubunda və Qafqaz regionunda təsir dairəsi məqsədilə Nika Qaqrinski kimi tanınan Niko Dqebuadzeni dəstəkləməyə gəlib. Ancaq o zaman “çəkişmə” atışma ilə başa çatıb, Pıza həş Rəşada, həm də Niko Qaqrinskiyə atəş atəş açıb.

Digər məlumata görə, respublikaya “qanuni oğru” Saşa Kuşnerlə münasibətlərini aydınlaşdırmağa gəlib. Çünki Kuşner onu “oğru” adlandırmayıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]