Sizinxeber.Az

Sumqayıtda qonşunu döyə-döyə öldürənlərin məhkəməsi başladı

0 2

Sumqayıtda qonşunu döyə-döyə öldürənlərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qonşusunu döyərək öldürməkdə təqsirləndirilən Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.  

Məhkəmə baxışı yanvarın 7-nə təyin edilib. 

Qeyd edək ki, bu il avqustun 20-də Sumqayıtda şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyin, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.

Onlar Sumqayıt şəhər Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Bu şəxslərdən yalnız Y.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilib.

Etibar Məmmədov

www.Sizinxeber.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Şərhlər
Loading...