Kuala Lumpurun meri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
noy
2024
13:50
0
0
1 528
ff

Kuala Lumpurun meri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib - FOTO

18 noy, 2024
13:50
1 528

Kuala Lumpurun meri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib - FOTO

COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Malayziyanın paytaxtı Kuala Lumpurun meri, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABİTAT) sabiq icraçı direktoru xanım Maimunah Mohd Şərif Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.

Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, qonağı qarşılayan muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova ona bu mədəniyyət ocağının tarixi, yerləşdiyi binalar, milli və dünya incəsənətinin nadir nümunələrindən ibarət kolleksiyası haqqında məlumat verib.

Görkəmli Azərbaycan rəssamları və heykəltəraşlarının daimi ekspozisiya və sərgilərdə nümayiş etdirilən əsərləri, ümumilikdə milli təsviri sənətin zənginliyi fəxri qonaqda heyranlıq hissi doğurub. Xatirə dəftərinə ürək sözlərini yazan xanım Maimunah Mohd Şərif muzeydən xoş təəssüratlarla ayrılıb.

Bizimlə əlaqə saxlayın

×
×