Umud Mirzəyev: "COP29-da müzakirə olunan mövzular COP30-da gündəmdə olacaq" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
noy
2024
19:30
0
0
1 766
ff

Umud Mirzəyev: "COP29-da müzakirə olunan mövzular COP30-da gündəmdə olacaq"

12 noy, 2024
19:30
1 766

Umud Mirzəyev: "COP29-da müzakirə olunan mövzular COP30-da gündəmdə olacaq"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə olunan mövzular gələn il Brzaliyada keçiriləcək COP30-un gündəmində olacaq.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib.

"COP29-a ev sahibliyi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir, ölkəmizin təbliği, Azərbaycanı narahat edən məsələlərin gündəmə gətirilməsi üçün vacibdir. Növbəti COP tədbiri Braziliyada keçirilsə də, onun gündəmində Azərbaycanda keçirilən COP-dakı mövzular olacaq", - deyə o vurğulayıb.

Fond rəhbərinin sözlərinə görə, COP29 çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri yeni əlaqələr qurur: "Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti aktuallaşır. Vətəndaş cəmiyyəti nə qədər gücü olarsa, ekoloji problemlərin həlli bir o qədər effektiv olar".

Bizimlə əlaqə saxlayın

×
×