Senat sədri: Pakistan COP29-da layiqli şəkildə iştirak edəcək
Pakistan və Azərbaycan arasında ikitərəfli ticarətdə son bir neçə ildə ardıcıl artım müşahidə olunur.
Sizinxeber.az “İndependent news Pakistan”a istinadən xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan səfiri Xəzər Fərhadov ilə görüş zamanı bildirib.
O, iki ölkənin köklü mədəni və dini bağlılıqlarla bir-birinə yaxın olduğunu bildirib.
Seyid Yusuf Rza Gilani ticarət əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sektorlarda ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
O, həmçinin Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə xoş arzularını çatdırıb və 2024-cü ilin noyabrında Bakıda COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib. Senatın sədri Pakistanın bu mühüm tədbirdə layiqli şəkildə iştirak edəcəyini qeyd edib.
Seyid Yusuf Rza Gilani azərbaycanlı həmkarını əlverişli vaxtda Pakistana səfərə dəvət edib.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov səmimi qəbula görə Senatın sədrinə təşəkkür edib və əlavə edib ki, Pakistan Azərbaycan üçün mühüm ölkədir və müxtəlif arenalarda əlaqələri daha da genişləndirmək istəyin vurğulayıb.
Oxşar xəbərlər
Pakistan Senatının üzvü: İnsanların sərbəst səs verdiyinin şahidi olduq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın yeni səfiri: Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












