Sizin Reklamınız Burada ola bilər!
Çin elan etdi: Sülhlə alınmasa, güc tətbiq ediləcək
Çin elan etdi: Sülhlə alınmasa, güc tətbiq ediləcək

Çin elan etdi: Sülhlə alınmasa, güc tətbiq ediləcək

Çin Kommunist Partiyasının 20-ci qurultayı oktyabrın 16-da Pekində öz işinə başlayıb. 5 ildən bir keçirilən bu qurultayda hazırki sədr Si Szinpinin 3-cü dəfə partiya sədri seçiləcəyi əvvəlcədən məlum idi. Si Szinpin qurultayda çıxış edərək partiya və ölkəsi qarşısında dayanan çağırışlardan danışıb. Onun çıxışındakı əsas mövzulardan biri Tayvan olub.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd edilib.

Bildirilib ki, Szinpin Çinin milli və təhlükəsizlik maraqlarını qorumaq bacarığına malik olduğunu deyib:

“Sizinpin qeyd edib: “Əsas hədəfimiz Tayvanı sülh şəraitində ölkəmizə birləşdirməkdir. Ancaq bu alınmasa, güc yolunun tətbiqindən də imtina etmirik. Tayvanın müstəqilliyini qəbul etmirik, separatçılığa qarşı mübarizəmiz davam edir. Separatçılara və Tayvanın müstəqilliyinə dəstək verən qüvvələrin təxribatına qarşı mübarizəmizi davam etdirəcəyik”.

Si Szinpin “güc yolu” dedikdə Tayvanı Çinin materik hissəsinə birləşdirmək üçün bütün mümkün imkanlardan istifadə edəcəyini bildirib: “Tayvanın müstəqilliyinə imkan verməyəcəyik. Ancaq bu o demək deyil Tayvanda yaşayan əhali zərər görəcək”.

Si Szinpin Çinin sülhpərvər müstəqil xarici siyasətini davam etdirəcəyini də vurğulayıb: “Çinin xarici siyasəti beynəlxalq aləmdə sülhə, ədalətə və əməkdaşlığa xidmət edir. Biz hansısa dövlətin hegemoniyasının əleyhinəyik. Çin beynəlxalq əlaqələrdə yeniliyə üstünlük verir və qlobal idarəetmənin islah olunmasına çalışır. Çin hegemoniyaya çalışmır və sərhədlərini genişləndirmək istəmir. Çin Soyuq müharibə dövrünün düşüncəsini qəbul etmir, başqa dövlətlərin daxili işlərinə qarışmır və ikili standartlara qarşı çıxır”.

Si Szinpinin çıxışının bu və Tayvanla bağlı hissəsi Amerika Birləşmiş Ştatlarına aiddir. Çünki Tayvanı məhz Vaşinqton dəstəkləyir. Digər tərəfdən Si Szinpin “hegemoniya” və “soyuq müharibə” ifadələrini işlətdikdə Vaşinqtonu nəzərdə tutub.

Si Szinpinin qurultaydakı çıxışından o da aydındır ki, Pekin Tayvanı nə yolla olursa-olsun, Çinə birləşdirməyə çalışacaq. Bu, sülh yoluyla alınmayacaq. Demək, Pekin güc variantını nəzərdən keçirəcək. Ancaq bu Pekinin Vaşinqtonla qarşıdurmasına gətirib çıxaracaq.

Bu arada, məşhur amerikalı biznesmen İlon Mask Tayvan adasının Honkonq nümunəsində Çinə birləşdirilməsini təklif edib. Mask hesab edir ki, Tayvan uğrunda mübarizə dünyaya baha başa gələcək. Maskın narahatlığı həm də biznesiylə əlaqəlidir. Maskın Şanxayda “Tesla” zavodu var və bu müəssisə böyük gəlir gətirir”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Çin elan etdi: Sülhlə alınmasa, güc tətbiq ediləcək

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica