Sizin Reklamınız Burada ola bilər!
Cənublu qardaşlarımıza demək istəyirəm ki...
Cənublu qardaşlarımıza demək istəyirəm ki...

Cənublu qardaşlarımıza demək istəyirəm ki…

Milli dirçəliş və milli azadlığa gedən yol ümummilli Heydər Əliyevin adı ilə bağlıdır. Bu proses də məhz Azərbaycanın müstəqilliyinə gətirib çıxardı.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, bu gün “Türkmənçay” müqaviləsindən sonra 200 illik tarixi ərəfədə yeganə şəxsdir ki, Ali Baş Komandan İlham Əliyevin şəkli Azərbaycanın ürəyi olan Təbrizdə, Ərdəbildə, Xoyda, Mərəndə divarlara vurulub. Onun adı Azərbaycan xalqının lideri, Qarabağın fatehi kimi çağırılır:

“Cənublu qardaşlarımıza qeyd etmək istəyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək, onun fatehliyindən çox yeniliklərin şahidi olacağıq. Ona görə də burada büdcəni müzakirə edən vaxt dünyada baş verən hadisələr içərisində kiçik məsələlərə getməyib, qlobal məsələləri ortaya qoymalıyıq”.

“Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya göndərir fərman” deyən deputat əlavə edib ki, belə bir zamanda tək hərbi müdafiədən yox, eləcə də hərbi, diplomatik, informasiya, sosial-iqtisadi, ərzaq təhlükəsizliyindən söhbət gedir:

“Bu da qlobal məsələlərdən biridir ki, bunları həll etməliyik. Hökumətlə bir yerdə bir yumruq kimi bir yerə vurmalıyıq, hökumətin fəaliyyəti dəstəklənməli, lazımi qanunlar qəbul edilməlidir”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Cənublu qardaşlarımıza demək istəyirəm ki…

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica