Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2026
12:52
ff aaaaaaa

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

15 iy, 2026
12:52
599

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Ukraynanın Odessa sahilləri yaxınlığında iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bəy" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə Sizinxeber.az-a Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - məlumatda qeyd olunub.

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul