Sizin Reklamınız Burada ola bilər!
featured

Cəlilabadda intihar edən şəxs qazidir? – AÇIQLAMA

Sosial şəbəkələrdə Əzizov Səlamət Yaşar oğlunun intiharı ilə bağlı məlumat yayılıb. Onun Vətən müharibəsi iştirakçısı olduğu iddia edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, Cəlilabad rayonunun Mikayıllı kəndində qeydiyyatda olan, lakin Uzuntəpə kəndində yaşayan, 2002-ci il təvəllüdlü Əzizov Səlamət Yaşar oğlu Uzuntəpə kəndində yaşadıqları evin həyətində intihar edib:

“Səlamət Əzizov ikinci Qarabağ müharibəsində iştirak etməyib. Mərhumun intihar etməsinin səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Əlavə olaraq bildiririk ki, Səlamət Əzizov işi ilə əlaqədar Bakı şəhərində qardaşları ilə birlikdə yaşayıb və bir həftəyə yaxın müddətdir ki, Cəlilabad rayonuna anasının ziyarətinə gəlmişdi. İndiyə qədər onun rayon icra hakimiyyətinə heç bir müraciəti daxil olmayıb. Ölkəmizdə fəaliyyət göstərən bir sıra sosial şəbəkə istifadəçilərindən və xəbər saytlarından mərhumun yaxınlarına hörmət əlaməti olaraq həqiqəti əks etdirməyən məlumatları yaymamağı xahiş edirik”.

20:43

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü S.Əzizov özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Cəlilabadda intihar edən şəxs qazidir? – AÇIQLAMA

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica