ilbet
Cəlilabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb – FOTO

Cəlilabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb – FOTO

Abunə Ol
Dekabr 14, 2021 22:50
Cəlilabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb – FOTO
0

BƏYƏNDİM

ABUNƏ OL

Cəlilabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb – FOTO
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Cəlilabad rayon sakini M.Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.