Sizin Reklamınız Burada ola bilər!
"Bütün torpaqlar azad olunmasa, heç bir kompromis olamayacaq" - Zelenski

“Bütün torpaqlar azad olunmasa, heç bir kompromis olamayacaq” – Zelenski

Prezident Vladimir Zelenski deyir ki, Ukrayna Rusiya Federasiyasının zəbt etdiyi bütün torpaqlarını qaytarmalıdır, bu məsələdə güzəştə getmək olmaz. Əks halda, Rusiya yenidən işğal hərəkətlərini davam etdirəcək.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı bunu Harvardın tələbə və müəllim kollektivi ilə söhbəti zamanı deyib.

Prezident Vladimir Zelenski Ukraynanın qələbəsini necə gördüyünü söyləyib.

“Ərazi bütövlüyümüzün bərpası. Bütün sərhədlərimizin qaytarılması. Torpaqlarımızın qaytarılması. Bu, təkcə ona görə deyil ki, bu bizim torpağımızdır və bu, ədalətli və dürüstdür. Bu həm də ona görə lazımdır ki, torpağımızı qaytardığımızı, müharibənin bitdiyinı, buranın müstəqil siyasət yürünən, xalını qoruya bilən dövlətlərin olduğu dünyanın anlayışını aydın başa düşsünlər.

Əgər belə bir anlayışı qəbul etmirlərsə və bir şey həmişə sual işarəsi altında qalacaqsa, ölkənin hasısa bir hissəsi işğaldan azad edilməyəcəksə və bu hissə bir növ kompromis üçün motiv olacaqsa, o zaman inanın mənə, əgər başqası şübhə edərsə, mən onu inandıra bilərəm ki, Rusiya özünü toplayıb yenə də torpaqlarımızın işğalına qalxacaq. Onlar təkcə bizim ölkənin ərazisi ilə kifayətlənmə də bilərlər”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiyanın təcavüzünə görə yüksək təzminat ödəməli olduğunu göstərmək çox vacibdir. “Biz özümüzə məxsus olanı – torpağımızı qaytarmalıyıq. Təəssüf ki, ölən insanlarımızı, qəhrəmanlarımızı qaytara bilməyəcəyik, amma ədaləti mütləq bərpa edə bilərik. Ədalət öz torpağını, vətənini qaytarmaqdan başlayır”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident dünya ictimaiyyətini fəal hərəkət etməyə və Rusiyanın fəlakətli ssenarilərini reallaşdırmasının qarşısını almağa çağırıb.

Sentyabrın 27-də Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlüyündən məhrum etməyə və onu bütün beynəlxalq təşkilatlardan çıxarmağa çağırıb. Həmçinin Zelenski vurğulayıb ki, Rusiyanın şəhərlərə və mülki şəxslərə hər zərbə endirməsi Qərb ölkələrinin Ukrayna üçün mövcud müdafiə dəstəyinin yetərli olmadığını göstərir.

Qadir, Bizimyol.info

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Bütün torpaqlar azad olunmasa, heç bir kompromis olamayacaq” – Zelenski

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica