featured

Bugun Lənkəran Şəhər Mədəniyyət evində Ümummilli Lider Heydər Əliyevin anım günün ilə əlaqədar tədbir keçirilmişdir

4 dekabr 2022 ci il tarixində Lənkəran şəhər Mədəniyyət evində Ümummilli Lider Heydər Əliyevin anım günün ilə əlaqədar Lənkəran şəhər 2N li tam orta məktəbinin 8a sinif şagirdləri həmin məktəbin dil-ədəbiyyat müəllimi Vüsalə Ağayevanın rəhbərliyi altında “Əsrlərin sorağı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Məqsəd ulu öndər Heydər Əliyevin klassik ədəbi irsə və tariximizə verdiyi dəyəri əsas tutaraq bu irsi qoruyub saxlamaq idi. Əsrlər keçsə də öz aktuallığını itirməyən söz dühalarımızın ölməz əsərləri nəsildən-nəslə ötürülərək xalqımızın milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərini qoruyub saxlayacaqdır.

Tədbirdə Lənkəran rayonu üzrə təhsil sektorunun direktoru Elman Rzayev, İkinci Qarabağ müharibəsinin qazisi Rauf Salayev, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran üzrə sədri Dostiyev Saleh, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, 2 N-li məktəbin direktoru Gülnarə Seyfullayeva və başqaları çıxış edərək uşaqların ifalarını, böyük məharətlə səsləndirdikləri qəzəlləri, yaratdıqları obrazları, ifa edilən rəqsləri zövqlə izlədiklərini qeyd etdilər.


Sizinxeber.Az

Bugun Lənkəran Şəhər Mədəniyyət evində Ümummilli Lider Heydər Əliyevin anım günün ilə əlaqədar tədbir keçirilmişdir

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!