ilbet
“Bravo”dan içindən qurd çıxan toyuqla bağlı açıqlama

“Bravo”dan içindən qurd çıxan toyuqla bağlı açıqlama

Abunə Ol
Dekabr 27, 2021 13:57
“Bravo”dan içindən qurd çıxan toyuqla bağlı açıqlama
0

BƏYƏNDİM

ABUNƏ OL

Müğənni Xatirə İslamın “Bravo” supermarketdən aldığı vaxtı keçmiş toyuqla bağlı paylaşdığı video sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Xidmət və məhsul keyfiyyəti ilə hər kəsin rəğbətini qazanan supermarketdə yol verilən bu hal birmənalı qarşılanmayıb.

Bununla bağlı Axar.az-ın sorğusuna “Bravo”dan cavab olaraq bildirilib ki, şikayət barədə artıq müvafiq izahat Xatirə İslamın özünə təqdim olunub.

“Müştərinin şikayəti birbaşa özünə müvafiq izah formasında təqdim olunub. Bu barədə digər şəxslərə əlavə məlumat verə bilməyəcəyik”, – açıqlamada bildirilib.

Qeyd edək ki, müğənni “Bravo” şəbəkəsinin Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 31 ünvanında yerləşən mağazasından “Siyəzən” toyuğu aldığını və içindən qurd çıxdığını bildirib. O, eyni zamanda aldığı şirniyyatın da vaxtının keçdiyini söyləyib.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.