Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Bir daha heç kimin sizin gülüşünüzü əlinizdən almasına izn verməyəcəyik… – FOTO

Bir daha heç kimin sizin gülüşünüzü əlinizdən almasına izn verməyəcəyik... - FOTO
Bir daha heç kimin sizin gülüşünüzü əlinizdən almasına izn verməyəcəyik... - FOTO

Bir daha heç kimin sizin gülüşünüzü əlinizdən almasına izn verməyəcəyik… – FOTO
Uşaq – xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir (“Füyuzat” jurnalı).
Bir əlavə də biz edək: Uşaq – dünyanın ən saf varlığı, cəmiyyətin arzuladığı dünyanın rəmzi, zülmətdən aydınlığa çıxa bilmək istəyi, dünyada şərin çirkabını bulaşdıra bilmədiyi, arzularımızın rəhni, gülüşündə həyatın anlamını, sevincində misilsiz bir xoşbəxtliyi daşıyan, simasında təsəvvür etdiyimiz bütün gözəllikləri yaşadığımız möcüzədir.
Dünyada irqindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlar öz övladlarını sevirlər. Amma bu mənada Azərbaycan xalqının mədəniyyəti, onun ənənələri və ülvi keyfiyyətləri bizim üçün bir haşiyə açmağa imkan verir.
Bizim üçün övladlarımız həm də gələcəyimiz, özümüzdən əsirgədiklərimizi görmək istədiyimiz, yaşaya bilmədiklərimizi yaşatmaq istədiyimiz və dünyada hər şeydən çox sevdiklərimizdir. Bəlkə də, buna görədir ki, dünyanın bir çox yerlərindən fərqli olaraq bizim ailələrin sərhədləri daxilində uşaqlıq yaşı bəzən hətta uşağın özünün ailəsi olanda belə, davam edir. Biz övladlarımız üçün, uşaqlar üçün qurban olmağı belə sevirik, onları əzizləyərkən “ana qurban”, “ata qurban” deyirik. Sanki qurban etdiklərimiz azmış kimi…
Biz özümüzü körpələrə qurban etməyə can atdığımız halda tarix bizə öz körpələrimizi qurban etdiyimiz günləri də göstərib. 1990-cı illərin sonu, siyasi hərc-mərclik və bəşəriyyətin gördüyü ən iyrənc canilərdən ibarət mənfur düşmən…
Həmin illərdə biz uğrunda qurban olmaq istədiklərimizdən də qurban vermişik. Erməni terroru, vandalizmi, faşizmi bizim təkcə dilbər guşələrimizi viran qoymayıb, dinc insanlarımızı qətlə yetirməyib, həm də bir nəslin gələcəyinin, körpələrin, uşaqların canına qəsd edib, bu qəsddən, cinayətdən qurtulanların isə gülüşünü oğurlayıb.
Ancaq elə xalq müdrikliyi də məhz bu məqamda önə çıxır. Birləşmək, gələcəyini, onun gülüşünü xilas etmək ümumxalq mübarizəsinə çevriləndə qarşısında heç nə dayana bilmir…
Biz öz körpələrimizi bir başqa sevirik, çünki biz onların gülüşü oğurlandığında hansı zülmətə qatlaşdığımızı görmüşük. Qaçqın düşərgəsində min bir əzab-əziyyətlə böyüyən uşaqların ilk təbəssümündə ümid etməyə başlamışıq. Həmin o təbəssümlə həyata tutunmağı öyrənmişik. Biz onların sevgisi ilə bəşər övladının, bəlkə də, ən ağır günlərindən güclü xalq olaraq çıxmışıq.
20 Yanvarda tankların altında qalanları, Xocalıda gülüşünə belə güllə atılanları, Gəncədə raketlərlə öldürüləndə üzündə hələ də yuxudan öncəki son təbəssümü qalanları düşünəndə güclü olmaqdan və körpələrimizə məhrum qaldıqlarını qaytarmaqdan başqa yolumuz olmadığını bütün varlığımızla dərk etmişik.
Bu yolda 44 günlük müharibəni də yaşadıq. Xalq arasında yeni yaranan və məşhurlaşan bir kəlamın da ortaya çıxdığını gördük: Qarabağdan ayaqyalın çıxan uşaqlar tank üzərində geri qayıtdılar.
Onları xalqın sevgisi, xalqın ümidləri, dövlətin sonsuz qayğısı tərbiyə etdi. Vətəni sevməyi aşıladı, onlara təhsil verdi, onlar da bütün bu keyfiyyətlərə yiyələnib, geri döndülər, öz gülüşlərini, təbəssümlərini azad etmək uğrunda mübarizəyə qoşuldular.
Nail olduq. Torpaqlarımızı işğaldan azad etdik, yurd-yuvalarımıza qayıtdıq, ən əsası isə mənfur düşmənin illərlə əsir etdiyi gülüşümüzü, körpələrimizin, xalqımızın, dövlətimizin gələcəyinə vurulan zəncirləri qırdıq!
Biz ümidin nə olduğunu körpələrimizin sevincində dərk edən xalqıq. Xatırlayın, 44 günlük müharibədə Gəncədə ermənilərin ballistik raketləri terror törədərkən hər birimizin ümidinə çevrilən o məşhur fotonu. Erməni terrorunun yaraladığı həmin o şirin balanı və onun simasında gördüyümüz mərhum general Polad Həşimovu. Körpəmizin təbəssümündə gördüyümüz həmin o misilsiz qüdrəti, həmin o nəsildən-nəslə ötürdüyümüz sevgini, ümidləri hansı birimiz unuda bilərik ki?

Bütün bunları nəyə görə xatırladıq?
Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Beynəlxalq bayram, özəl gündür. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, bizim üçün uşaqlarımız başqa cür dəyərlidir. Bu gün Azərbaycan öz qüdrəti ilə tarixi ədaləti bərpa edib. Dövlətin, onu liderinin öz xalqı ilə dəmir yumruq kimi birləşməsi nəticəsində qisasımızı almışıq. Ən əsası – körpələrimizin öz gülüşünü bir daha itirməməsi üçün möhkəm təməllər üzərində Azərbaycan inşa etmişik.
Azərbaycan Prezidenti İlham Əliyevin liderliyində illər ərzində xalqa göstərilən yüksək dəyər, onun hər bir fərdinin bunu hiss etməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətin uşaq və gənclər siyasətindəki misilsiz xidmətləri, xüsusi diqqət və qayğısı, Heydər Əliyev Fondunun bütün bu proseslərdə oynadığı həlledici rol bu gün körpələrimizin gülüşünün gələcəyimizə işıq tutmasının əsasında dayanır. Məhz dövlət başçısı İlham Əliyevin bu uğurlu siyasi xətti, Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman xalqın yanında onun ən əziz fərdlərindən biri kimi dayanması, Heydər Əliyev Fondunun bu sahədə olduqca tarixi missiyanı layiqincə yerinə yetirməsi xalqın, uşaqların, gənclərin atılan hər bir addımda bu səmimiyyəti hiss etməsi və eyni səmimiyyətlə qarşılıq verməsi yuxarıda göstərilən məqamların doğurduğu bugünkü reallıqları hazırladı. Xalq-iqtidar birliyi, xalqın öz ali mübarizəsində arxalandığı dövlətin qüdrəti bu gün körpələrimiz üçün daha gözəl günlərin carçısına çevrildi…
Bu gün Azərbaycan dövləti, onun qəhrəman xalqı öz körpələrinin gülüşünü azad edib və mütləq olan bir şey var ki, bir daha həmin ümid parıltısının əsir düşməsinə imkan verilməyəcək! Bir daha heç kim onların gülüşünü əllərindən almağa cəhd etməyəcək!
Dövlət, xalq olaraq bunu bacardıq, körpələrimizə və özümüzə bu sevinci yenidən bəxş edən Müzəffər ölkəyə, Müzəffər xalqa çevrildik! Ona görə də, 1 İyundan, körpələrdən danışarkən bütün xalqların sırasında özümüzə kiçik bir haşiyə açmağa haqqımız çatır.
Uşaqların bizə bəxş etdiklərini isə sadəcə sözlərlə izah etmək mümkünsüzdür, bunu yaşamaq və hiss etmək, dərk edərək varlıqlarına hər zaman şükür etmək gərəkdir! Onların gülüşü bizim gələcəyimiz, dövlətimizin əbədiliyi, xalqımızın xoşbəxtliyi deməkdir!
Orxan Tağıyev

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Bir daha heç kimin sizin gülüşünüzü əlinizdən almasına izn verməyəcəyik… – FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!