Gecəni gündüzə çevirən, öz qulağını kəsən dəli rəssamın maraqlı həyatı - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

23 Temmuz 2021 - 20:22
www.kirikhanolay.com.tr
Gulet Boat best beaches Turkey Turkey Yacht service Yacht Agency Marmaris Marmaris Turkey https://rentyachtturkey.com/

Gecəni gündüzə çevirən, öz qulağını kəsən dəli rəssamın maraqlı həyatı

Gecəni gündüzə çevirən, öz qulağını kəsən dəli rəssamın maraqlı həyatı
Son Güncelleme :

24 Fevral 2021 - 16:31

Vinsent Villem van Qoq (nid. Vincent Willem van Gogh; 30 mart Zyundert,Niderland Krallığı – 29 iyul , Oberq, Over-syür-Uaz, Üçüncü Fransa Respublikası) — holland postimpressionist rəssam. O, ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Rəssamın 10 il ərzində yaratdığı təxminən 2100 sənət əsərinə peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, 860 yağlı boya rəsminin əksəriyyətini ömrünün son iki ilində çəkib. Aydın rəng çalarları və Vinsentin fırçadan özünəməxsus istifadə tərzi ilə xaraterizə olunan bu rəsm əsərləri müasir incəsənətin təməl daşları hesab olunur. Bütün bunlara baxmayaraq, rəssam həyatı boyunca daim maddi çətinlik içində yaşadı, uzun illər ruhi xəstəlik, depressiya və yoxsulluqdan əziyyət çəkdikdən sonra 37 yaşında vəfat etdi.

Картинки по запросу Van Gogh

Yuxarı-orta təbəqəyə mənsub bir ailədə dünyaya gəlmiş Vinsent ciddi, sakit və düşüncəli bir uşaq idi. Uşaqlığında şəkil çəkməklə məşğul olan Vinsent gənclik illərində tez-tez səyahət etdi və incəsənət dileri kimi fəaliyyət göstərdi. Londona transfer olunduqdan sonra depressiyaya düşdü, daha sonra, dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirdi. Xəstə və tənha Vinsent 1881-ci ildə rəssamlığa maraq salmazdan əvvəl evinə, valideynlərinin yanına gətirildi. Gənc qardaşı Teo ona maddi baxımdan yardım göstərdi və onlar uzun illər məktublaşaraq daim ünsiyyətdə oldular. Əksəriyyəti natürmort və kəndli işçilərin təsvirlərindən ibarət olan erkən yaradıcılıq işlərində parlaq rəng tonlarının az olması onları rəssamın sonrakı rəsmlərindən fərqləndirirdi. 1886-cı ildə o, Parisə köçdü, Emil Bernar və Pol Qogen də daxil olmaqla, avanqard üslubun impressionizmin həssasiyyətinə qarşı çıxan bir sıra nümayəndəsi ilə tanış oldu. Getdikcə özünü inkişaf etdirən Van Qoq artıq natürmort və peyzaj çəkərkən onlara yeni baxış bucağdan yanaşırdı. 1888-ci ildə, Fransanın cənubunda, Arlda yaşayarkən fərqinə vardığı və təkmilləşdirdiyi üslubdan istifadə etməyə başladıqdan sonrakı rəsmləri rəng çalarlarının parlaqlığı ilə seçilirdi. Bu müddət ərzində zeytun ağacları, buğda tarlası və günəbaxanların təsvir olunduğu çoxlu rəsm əsəri yaradaraq yaradıcılığının mövzusunu daha da genişləndirdi.

O məşhur “Ulduzlu gecə” əsərini ruhi xəstəxanada qaldığı otağın pəncərəsindən gecə səmaya baxaraq çəkib.

Əsərdə ruhi xəstəxanaya yerləşdirilən rəssamın həmin gecə dünyanı necə görməsi təsvir edilir. Rəssam şəkildə Sen-Remi kəndindəki qaldığı sanatoriyada otağından gecə vaxtı yaranan mənzərəni əks etdirib. Göy üzü əyilib, bükülür və genişlənir. Buludlar külək kimi sürətli təsvir edilir,sərv ağacı alova bənzər şəkildə çəklib. Rəsmdə olan ilginc özəlliklərdən biri də ayın bir yandan da günəşə bənzədilməsidir.

Картинки по запросу De sterrennacht

“Ulduzlu gecə” əsərində sarsıcı şeylər izah etməyə çalışan rəssamın nələri ifadə etdiyi bu günə qədər də tam olaraq məlum deyil.

Səhərə yaxın rəsm əsərini bitiriən rəssam onu həyat yoldaşı Reçala verərək xəstəxanadan çıxana kimi gizlətməsini xahiş edib. Vinsent van Qoq bu əsərini 1889-cu ildə ərsəyə gətirib. Rəsm əsəri 73.7 sm x 92.1 sm ölçüsündədir. Yağlı boya ilə ərsəyə gələn bu əsər hazırda Nyu Yorkda Müasir İncəsənət Muzeyində saxlanılır.

Картинки по запросу De sterrennacht

Psixotik epizod və deluziyalardan əziyyət çəkən Vinsent ruhi sağlamlığına görə narahat olsa da, fiziki sağlamlığına heç vaxt fikir vermir, düzgün qidalanmır və tez-tez spirtli içkləridən istifadə edirdi. Sol qulağının bir hissəsini kəsmiş Vinsenti əlində ülgüclə gördükdən sonra Pol Qogenin onunla olan dostluğu sona çatdı. O, Sen-Remidə yaşadığı period da daxil olmaqla, bir müddət ruhi xəstəxanalarda qaldı. Daha sonra, Paris yaxınlığındakı Over-syür-Uaza köçdü və homeopatik həkim Pol Qaşe onun qayğısına qaldı. Hələ də depressiyadan əziyyət çəkən Vinsent 1890-cı il 27 iyulda Lefoşe markalı tapança ilə özünü sinəsindən güllələdi. Yaralı halda olan rəssam iki gün sonra vəfat etdi.

Van Qoq yaşadığı müddət ərzində uğur qazanmadı və bacarıqsız bir dəli hesab olundu. O, intiharından sonra məşhurlaşdı, insanların nəzərində “səhv başa düşülmüş dahi”yə yaxud “dəlilik və yaradılıcığı özündə birləşdirən rəssam”a çevrildi.[7] Vinsentin populyarlığı 20-ci əsrin əvvəllərində, onun rəsm əsərlərində istifadə etdiyi ünsürlər fovistlər və alman ekspressionistləri tərəfindən mənimsənilməyə başladıqdan sonra daha da artdı. Sonrakı onilliklər ərzində o, dünyanın bir çox yerində böyük tənqidi və ticari uğur əldə etdi. Bu gün rəsmləri dünyanın ən bahalı rəsm əsərləri arasında yer alan və incəsənət tarixinin ən vacib rəssamlarından biri olaraq tanınan Van Qoq öz faciəvi həyatı ilə eyni zamanda ideal “iztirab çəkmiş rəssam” obrazıdır. Amsterdamda Vinsentin adını daşıyan Van Qoq muzeyi onun yaratdığı sənət əsərlərinin ən böyük kolleksiyasına ev sahibliyi edir.

Rəssam bu əsəri haqqında ömrünün sonuna qədər heç kimə ətraflı məlumat verməyib. Yalnız qardaşı Teo ilə məktublaşma sırasında bir neçə dəfə xırdaca məlumatlar verib. O, Sen-Remi kəndindəki qaldığı sanatoriyada bu əsərlə yanaşı 300-ə yaxın yağlı boya ilə rəsm çəkib. O bu əsərlərini xəstəliyi ilə savaşdığını düşünərək ərsəyə gətirib.

Rəssam bu haqda da qardaşına məktubda bunları yazıb: “Bu iş, məni içində olduğum vəziyyətdən çəkib çıxarır. Mən özümü bu enerjiyə həsr etsəm, ən yaxşı dərman mənim üçün şəkil çəkmək olacaq. Özümü həkimdən rəsm çəkmək üçün icazə alan bir axmaq kimi hiss edirəm”.

Похожее изображение

Vinsent van Qoqun ruhi xəstəxanada qaldığı otaq

Van Qoq ruhi xəstəxandan çıxandan sonra Over-syur-Uaz kəndində yaşayır. Sonrakı həyatında həvəskar rəssam olan dostu Pol Qaşe onun qayğısına qalır. Dahi rəssam 27 iyul 1890-cu ildə səhər saatlarında bir tapanca ilə özünü öldürüb. O səhər tezdən rəsm çəkmək üçün lazım olan avadanlıqlarını götürərək buğda tarlasına yola düşüb. Elə oradaca rəsm çəkərkən intihar edib. Onun həmkarları arasında Van Qoqun əslində intihar etmədiyini, öldürüldüyünü deyənlər də olub. 37 illik ömrünü bir çox maraqlı anlar sığdırmağı bacaran rəssam ölümü ilə də yaddaşlara iz qoyub.

Dahi rəssamın hazırda bənzəri də həyatdadır. Belə ki,2016-cı ildə kanadalı sənətçi Douqlas Kupland tərəfindən təşkil edilən “Vinsent Van Qoqqun bənzərləri” yarışmasının qalibi ingilis aktyor Daniel Baker olub. 37 ölkədən qatılan 1250 iştirakçının içərisində qalib olan Baker 5 min dollarlıq mükafat da qazanmışdı.

Daniel Baker

Hətta yarışmaya qatılan namizədlərdən biri İvan Arpi qalib olacağı təqdirdə Van Qoq kimi qulağını ksəcəyinə söz vermişdi.

De Aardappeleters (Kartof Yeyənlər)

Van-willem-vincent-gogh-die-kartoffelesser-03850.jpg

Tarwe gebied met kraaien (Qarğalarla taxıl sahəsi)

File:Vincent Van Gogh - Wheatfield with Crows.jpg

Slaapkamer te Arles (Arlda yataq otağı)

File:VanGogh Bedroom Arles1.jpg

Op de drempel van de eeuwigheid (Əbədiliyin qapısında)

1890-05 van Gogh At Eternitys Gate anagoria.jpg

 

 

Bax Azerbaycandan Gelip Seni Sikerem