Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Binəqədidə 5 evdən oğurluq edən şəxs saxlanıldı – VİDEO

Binəqədidə 5 evdən oğurluq edən şəxs saxlanıldı - VİDEO
Binəqədidə 5 evdən oğurluq edən şəxs saxlanıldı - VİDEO

Binəqədidə 5 evdən oğurluq edən şəxs saxlanıldı – VİDEO
Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib.
Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb.
Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.
Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Binəqədidə 5 evdən oğurluq edən şəxs saxlanıldı – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!