Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş verən insident araşdırılır. Bu barədə Oxu.Az-a Şirvan-Salyan Təhsil İdarəsindən məlumat verilib. “Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə tərəfimizdən araşdırılır. Araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək”, – deyə idarədən bildirilib. 19:49 Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb. Görüntülərdə məktəbin direktoru Üzeyr Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınıb. Həmin hadisənin görüntülərini təqdim edirik:

Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş vermiş insidentlə bağlı AÇIQLAMA
Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş vermiş insidentlə bağlı AÇIQLAMA
Sizinxeber.Az