ilbet
Bəzi xarici diplomlar niyə tanınmır? – Rəsmi

Bəzi xarici diplomlar niyə tanınmır? – Rəsmi

Abunə Ol
Dekabr 23, 2021 15:55
Bəzi xarici diplomlar niyə tanınmır? – Rəsmi
0

BƏYƏNDİM

ABUNƏ OL

Xarici diplomların tanınması zamanı müraciətçilərə verilən imtina cavabının səbəbi açıqlanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov keçirdiyi brifinqdə imtinanın iki səbəbinin olduğunu açıqlayıb.

Onun sözlərinə görə, imtina sərhədkeçmənin və baza dil bilgilərinin yetərli olmaması ilə bağlı olur:

“Xarici ölkədə təhsil alan şəxsin həmin ölkəyə gedib-gəlmə müddəti yetərli olmur. Bir də ən əsas məsələ təhsil alınan ölkənin dil bilgiləri ilə bağlıdır. 4-5 il əyani tədris alan tələbə ilə həmin ölkənin dil bilgiləri üçün müsahibə aparılır. Bu, yalnız MDB və Gürcüstanda təhsil alanlara aiddir. Çünki real statistikaya görə, digər ölkələrdə təhsil alanlar həmin ölkənin dil bilgilərinə malik olurlar. Təəssüf ki, MDB, Gürcüstanda təhsil alanların əksəriyyəti sadə dil bilgilərinə belə malik olmurlar”.

E.Orucov deyib ki, Azərbaycanda xaricdə təhsil üçün əsasən Gürcüstan, Rusiya və Ukraynaya üstünlük verilir:

“Ancaq son dövrlərdə Qərb, Mərkəzi Asiya və Şərq ölkələrində təhsil almağa da maraq artıb”.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.